Səddam Hüseynin məzarı dağıdılıb


İraq ordusu və İŞİD arasında gedən qarşıdurmalarda Tiqrit şəhərində basdırılan Səddam Hüseynin məzarı tamamilə dağıdılıb.

Afn.az 9 tv.co.il xəbər portalına istinadən bildirir ki, hazırda keçmiş diktatorun məzarından yalnız məqbərənin tavan örtüyünü saxlayan sütunlar qalıb. Mavzoleyin daxili divarlarında olan mərhumun şəkilləri də yoxa çıxıb. Onların yerinə isə yerli terrorçu dəstələrinin loderlərinin şəkilləri vurulub.

Qeyd edək ki, hələ ötən ilin avqustunda Səddamın mavzoleyinin dağıdılması məsuliyyətini İŞİD öz üzərinə götürmüşdü. Lakin yerli məmurlar bildirirdilər ki, mavzoleyə zərər dəyməyib. Sadəcə, binanın daxili talan edilib.

NÜŞABƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu