Ərdoğan Qarabağ haqda


"Qarabağda zülmə məruz qalan azərbaycanlı qardaşlarımızın acısını qəlbimizlə hiss edirik".

"TRT Haber"in məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qarsda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan texniki liseyin açılış mərasimində çıxışı zamanı deyib.

O, qeyd edib: “Bizim üçün Qarsdakı, İğdırdakı vətəndaşımızla Naxçıvandakı qardaşımız arasında heç bir fərq yoxdur”.

R.T.Ərdoğan bildirib ki, Türkiyə heç bir dövlətlə düşmənçilik etmək niyyətində deyil: “Türkiyə və Azərbaycan olaraq, hər zaman bir yerdə olacağıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu