Böyük ​Britaniya Avropa İttifaqından çıxıb


Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmayacağını müəyyənləşdirən referendumun nəticələri məlum olub.


"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
Səsvermədə iştirak edən seçicilərin 52 faizi Britaniyanın Avropa İttifaqından çıxmasına, 48 faiz isə qalmasına səs verib. Beləliklə, Britaniya Avropa İttifaqından çıxıb.
Bakı vaxtı ilə saat 13.00-da Britaniyanın baş naziri Devid Kemeron referendumun rəsmi nəticələri ilə bağlı bəyanatla çıxış edəcək.
Məlumata görə, 46 milyon 501 min 241 seçicinin 72 faizi səsvermədə iştirak edib.
Xatırladaq ki, iyunun 23-də Britaniyada keçirilən referndumda seçicilər iki sualdan birini cavablandırıb: Birləşmiş krallıq Avropa İttifaqının üzvü olmalıdırmı? Birləşmiş Krallıq Avropa İttifaqından çıxmalıdırmı?
Referendumda iştirak etmək üçün 46,5 milyon seçici qeydiyyatdan keçmişdi. Bu rəqəm Britaniya üçün rekord sayılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu