Ərdoğan Putindən üzr istədi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə məktub göndərib. O, məktubunda Rusiyanın Su-24 qırıcısının vurulmasına görə rusiyalı həmkarı Vladimir Putindən üzr istəyib.

Virtualaz.org bildirir ki, xəbəri RİA Novosti Kremlin mətbuat xidmətinə istinadən yayıb.

Məlumata görə, Kremlin mətbuat katibi Dmitri Peksov bildirib ki, Ərdoğan məktubunda “üzr istəyirəm” ifadəsindən istifadə edib.

Bundan başqa, Türkiyə prezidenti Moskvanı Ankaranın strateji tərəfdaşı adlandırıb və ölkəsinin Rusiya ilə münasibətləri korlamaq istəmədiyini bildirib.

Türkiyə mətbuat isə yazır ki, Ərdoğan Putinə məktubunda təyyarənin vurulması hadisəsindən təəssüfləndiyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu