72 yaşlı qarı uşaq doğdu- FOTO


72 yaşlı hindistanlı qadının xəyalları gerçək olub və o, ilk uşağını dünyaya gətirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Pəncar əyalətinə bağlı Amritsar şəhərində möcüzə kimi bir hadisə baş verib. Daljinder Kaur adlı hindli bir qadın tam 72 yaşında ilk dəfə ana olub.
Daljinder Kaur yaşadığı vəziyyəti belə ifadə edib: "Hamilə olduğum dövrdə küçədə gedərkən belə, çətinlik çəkirdim. Hər kəs mənə dik-dik baxırdı, yaşlı bir qadının hamilə qalacağına inanmırdılar. İnsanların bu baxışları məni çox yaraladı, amma heç bir şey məni hamiləliyin kefini yaşamaqdan saxlamadı. Tam 72 yaşım var və ana olmaq üçün bir ömür gözlədim".
Qeyd edək ki, Kaurdan əvvəlki ən yaşlı ana, 2006-ci ildə İspaniyanın Barcelona şəhərində 66 yaşında əkiz uşaq dünyaya gətirən Mariya del Carmen Bousada olub.

72 yaşlı qarı uşaq doğdu-




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu