Məktəblini maşın vurub


Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


"Report"un Qərb bürosunun məlumatına görə, şəhər sakini 13 yaşlı Hikmət Bağırovu yolu keçmək istəyərkən avtomobil vurub. Yaralı Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli Xəstəxanaya çatdırılıb. Xəstəxanadan bildirilib ki, H.Bağırov dərhal əməliyyat olunub, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırmalara başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu