Rus turistlər Türkiyədə - 8 ay sonra ilk dəfə


Türkiyə ilə Rusiya arasında yaşanan gərginlikdən sonra rus turistlər ilk dəfə Türkiyəyə gəlib.

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, 2 dövlət arasındakı gərginliyin yumşaldılması və Rusiya prezidenti Vladimir Putin tərəfindən sanksiyaların aradan qaldırılmasından sonra rusları daşıyan ilk təyyarə Antalya hava limanına enib.

Qeyd edək ki, iyunun 29-da Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. 2 ölkə lideri arasında baş tutan telefon danışığı zamanı prezidentlər üzbəüz görüş keçirmək barədə qərar qəbul ediblər.

İyul ayının 1-də Rusiya prezidenti Türkiyəyə turların qadağan edilməsiylə bağlı qərarın ləğv edilməsinə dair sənəd imzalayıb.

Xatırladaq ki, ötən il noyabrın 24-də Türkiyə hava sərhədini keçən Rusiya qırıcısı Türkiyə tərəfindən vurulub. Bu hadisə 2 dövlət arasında münasibətlərin pozulmasına səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu