Prosineçki heyəti açıqladı: kimlər var?


AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Malta yığması ilə qarşılaşacaq millimizin heyəti açıqlanıb.

Baş məşqçi Robert Prosineçki 24 futbolçuya dəvət göndərib. Xorvat mütəхəssis "Neftçi"nin heç bir oyunçusuna ehtiyac duymayıb. Həmçinin AZAL, "Simurq" və "Bakı"dan da yığmaya dəvət alan olmayıb.

Prosineçkinin siyahısında 6 legioner yer alıb. Belə ki, baş məşqçi Kamran Ağayevi, Mahir Şükürovu, Vaqif Cavadovu, Dmitri Nazarovu, Eddi İsrafilovu və Ruslan Qurbanovu qarşıdakı oyuna çağırıb. Xorvat mütəхəssis "Qaziantep BB"dən Ufuk Budaka, "Elazığspor"dan Cavid İmamverdiyevə, "Fortuna"dan Tuğrul Erata, "Ayntraxt"dan Emil Balayevə və "Saarbrukken"dən Rüfət Dadaşova ehtiyat duymayıb.

Qapıçılar: Səlahət Ağayev (“İnter”), Kamran Ağayev (“Kayserispor”, Türkiyə), Andrey Popoviç (“Sumqayıt").
Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı “Qarabağ”), Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov (hər ikisi “İnter”), Ruslan Abışov (“Qəbələ”), Mahir Şükürov (“Karşıyaka”, Türkiyə).
Yarımmüdafiəçilər: Qara Qarayev, Namiq Ələsgərov,, Cavid Tağıyev (hamısı “Qarabağ”), Əfran İsmayılov, Coşqun Diniyev, Elvin Məmmədov (hamısı “İnter”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Cavid Hüseynov (“Qəbələ”), Dmitri Nazarov (“Karlsruher”, Almaniya).
Hücumçular: Vüqar Nadirov (“Qarabağ”), Məhəmməd Qurbanov (“Sumqayıt”), Vaqif Cavadov (“Boluspor”, Türkiyə), Eddi İsrafilov (“Qranada”, İspaniya), Ruslan Qurbanov (“Hayduk”, Xorvatiya). (ANS)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu