Məşhur aparıcı ilə tualet kağızı zarafatı-VİDEO


Məşhur amerikalı televiziya aparıcısı Haui Mendel işdən evinə gələrəkən şok yaşayıb.

Aparıcı görüb ki, onun evi tamamilə tualet kağızı ilə örtülüb. Jurnalistlə qonşuluqda yaşayan məşhur şoumen Roman Etvud tərəfdarlarının köməyi ilə belə bir zarafat edib. Roman Etvud Mendelə etdiyi zarafatı videoya çəkib. Video görünür ki, Etvud və dostları aparıcının Kaliforniyada olan villasını tualet kağızı ilə atəşə tuturlar.

Nəticədə villa tualet kağızları ilə tam örtülüb. Maraqlıdı burasındadır ki, evin kağızlarla atəşə tutulmasında aparıcının oğlu ilə xanımı da iştirak edib.

Mendela işdən evə qayıdarkən bu mənzərə ilə rastlaşıb və əsəbiləşib. Daha sonra bunun dostlarının zarafatı olduğunu anlayan aparıcı özünə gəlib.

İnternetdə martın 15-də yerləşdirilən videoya 6 milyondan çox insan baxıb. (ANS)





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu