İlham Əliyev başsağlığı verdi


Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı verib.

Başsağlığında deyilir: "Ananız Səkinə Peyvəndinin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!".

Qeyd edək ki, bu gün Prezident Həsən Ruhaninin anası Səkinə Peyvəndi dünyasını dəyişib.

Mərhum Tehranın Milad xəstəxanasında müalicə olunurdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu