Başı kəsilmiş 70 meyit tapıldı


Nigeriyada hərbçilər İŞİD-ə qoşulmuş "Boko Haram" qruplaşmasından geri aldıqları qəsəbədə kütləvi məzarlıq aşkarlayıb.

70-dən çox meyidi aşkarlanmış, kimlikləri bəlli olmayan bu insanların edam olunduğu, çoxunun başının kəsildiyi bildirilir. Dəhşət doğuran kütləvi məzarlıq Nigeriyanın Damasaka qəsəbəsində körpünün altında üzə çıxıb.

Ərazidən gələn kəskin çürümə qoxusu, ərazidə başqa meyitlərin də basdırıldığını düşünməyə vadar edir. Silahlılar həmin qəsəbəni martın 14-ü "Boko Haram" qruplaşmasından azad edib. Hazırda Nigeriya ordusu ölkənin şimal-şərqində ekstrimistlərin kökünü kəsmək üçün geniş miqyaslı əməliyyatlar keçirir.

Bu yaxınlarda İŞİD liderinə beyət etmiş "Boko Haram" terrorçu qruplaşması Nigeriyanın şimal şərqində şəriət qaydaları ilə idarə olunacaq İslam dövləti qurmağa çalışır. Qruplaşma silahlı mücadiləyə başladığı vaxtdan bəri son 6 il ərzində minlərlə insanın həyatına son qoyub.(ANS)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu