Bakıda güclü yanğın, ölən var


FHN: "3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb"

Bakıda ev yanıb. AFN.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 105 kv.m olan birmərtəbəli kürsülü 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı evdən 1959-cu il təvəllüdlü Məmmədov Hacı Məhi oğlunun yanmış meyiti aşkarlanıb. Evin zirzəmisində yerləşən qaraj və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu