Hava sabahdan açılacaq


Azərbaycan ərazisində müşahidə olunan yağışlı və qeyri-sabit hava şəraiti sabahdan etibarən mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, Bakı və Abşeron yarımadasında müşahidə olunan yağışların axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Axşam havanın temperaturu 5 dərəcəyədək yüksələcək. Martın 24 və 25-də isə havanın temperaturunun yüksələrək gündüz saatlarında 8-12 dərəcə isti olacağı gözlənilir.

Bölgələrdə martın 25-i gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Martın 26-da tədricən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu Aran rayonlarında 8-13, dağlıq ərazilərdə 3-8 dərəcəyədək yüksələcək.

Sabahın hava proqnozuna gəlincə, martın 24-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyi əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda isə sulu qar və qar yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 şaxta, gündüz 1-6 dərəcə isti olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu