Anjelina Colinin yumurtalıqları çıxarıldı


Hollivud aktrisası Anjelina Colinin yumurtalıqları və fallop boruları əməliyyat olunaraq çıxarılıb.

Afn.az lenta.ru saytına istinadən xəbər verir ki, bu haqda, “The New York Times”a onun özü xəbər verib.
“İstəyirəm ki, risk qrupundan olan digər qadınlar da başqa variantların mövcudluğundan xəbərdar olsunlar”, - sözügedən nəşrdə özünə məxsus sütunda Coli belə yazıb.
Aktrisanın sölərinə görə, elə də ağır əməliyyat olmasa da, onun nəticələri çox ciddidir, belə ki, bu müdaxilədən sonra qadınlarda “məcburi menopauza” başlanır.
“Hormonəvəzləyici terapiya keçməyimə baxmayaraq, mən artıq menopauza mərhələsindəyəm. Mən bir daha uşaq dünyaya gətirə bilməyəcəyəm və bəzi fiziki dəyişikliklərin olacağını gözləyirəm”, - Coli nəql edir.
Aktrisanın sözlərinə görə, bu əməliyyata onu sövq eləyən, böyük qohumlarından üçünün (anası, xalası və nənəsi) süd vəzisi və ya qadın cinsiyyət orqanlarında yaranan xərçəng xəstəliyindən ölmələridir. Müasir test üsullarının köməyilə tibb işçiləri Colinin də bu növ xəstəliklərin inkişafına meylli oluduğunu öyrənə biliblər: məs, döş xərçəngini aktrisa öz ana genindən qazanıb. Həkimlər 39 yaşlı aktrisaya döşlərini və yumurtalıqlarını əməliyyatla götürtməyi tövsiyə etmişdilər.
Anjelina Coli süd vəzilərini 2013-cü ilin may ayında, həkimlər onda 87 faiz döş və 50 faiz yumurtalıq xərçəngi riskini aşkar etdikdən sonra əməliyyat etdirmişdi. Coli o vaxt bu əməliyyata öz uşaqları və nəvələrini tez tərk etməmək, uzun müddət onlara qayğı göstərmək naminə getdiyini söyləmişdi. Müalicələr nəticəsində aktrisada döş xərçəngi riski 87 faizdən 5 faizə enib. Çıxarılmış süd vəzilərinin yerinə implatantlar qoyulub. Əri Bred Pitt aktrisanın bu addımını qəhrəmanlıq əməli adlandırmışdı.
Coli və Bred Pitt uzun müddət birlikdə olsalar da, rəsmi nikaha 2014-cü ildə giriblər. Cütlüyün altı uşaqları var ki, onlardan üçü özlərinin, digər üçü isə övladlığa götürdükləridir. KİV-də gedən məlumata görə, Coli və Bred Pitt Suriyadan olan daha iki uşağı da övladlığa götürüblər, amma bu fakt hələik təsdiqini tapmayıb.

Rafiq



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu