Gürcüstanda SOCAR-ın obyektinə basqın edilib


SOCAR-ın Tbilisidikə yanacaqdoldurma məntəqəsində (YDM) edilmiş silahlı hücum nəticəsində iki nəfər yaralanıb.

Trend-in Gürcüstan KİV-ə istinadən verdiyi məlumata əsasən, insident bazar ertəsi gecə saatlarında Quramişvili küçəsində baş verib.

Şahidlərin sözlərinə görə, bir neçə nəfər YDM-ə hücum edərək meneceri və məntəqənin operatorunu ayaqdan yaralayıb. Xəsarət alanlar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya yerləşdirilib.

Şahidlər bildiriblər ki, onlar xeyli qan itiriblər: "Onların vəziyyəti nə qədər ağır olduğunu deyə bilmərik".

Aparılan istintaq tədbiləri nəticəsində bir nəfər saxlanılıb. Hadisənin digər təfərrüatları açıqlanmır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu