Qalib olmasa da, bahalı avtomobil qazandı


ATV telekanalında 4 aydır davam edən “Kimdir nömrə bir ” yarışmasında adı indiyədək heç kimə məlum olmayan Orxan Babazadə adlı müğənni qalib gəldi. SMS yarışmasının nəticəsi, necə deyərlər, bu dəfə də tamaşaçıları heyrətə saldı.

Qeyd edək ki, səs imkanları geniş olmayan və səhnədə təcrübəsizliyi ilə seçilən Orxanın finala qədər gəlməsi sözün əsil mənasında möcüzə sayıla bilər. Mükafat olaraq ona verilən avtomobili isə o, müəlliminə hədiyyə verdi. Tamaşaçıların simpatiyasını qazanan müğənni Rəvan Qarayevə isə fanatlarından biri çox bahalı sürpriz etdi. Müğənninin prodüseri Tərlan Rəhimovun afn.az saytına verdiyi açıqlamaya görə, hədiyyə yarışmadakı avtomobildən 2-3 dəfə bahalı olan “Lexus” markalı avtomobildir.

NÜŞABƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu