Varlıların qənimi olan banda ələ keçdi - VİDEO


Moskvada cinayətkar dəstə 10 iş adamını oğurlayıb.

Cinayətkar dəstə biznesmenləri avtomobillə təqib etdikdən sonra onları oğurlayırmış. İstintaqın gedişində məlum olub ki, həmin cinayətkarlar varlı iş adamlarını məcburi şəkildə meşəyə apararaq qarət edirmiş.

Polis əməkdaşları fevral ayında cinayətkarlardan 4-nü müəyyən ediblər. Məlum olub ki, cinayətkar dəstənin bütün üzvləri əvvəllər analoji əməllərinə görə mühakimə ediliblər.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, həmin cinayətkar dəstə əvvəlcə özlərinə qurban seçir və bir neçə gün onu güdürmüş. Daha sonra qəsdən qəza vəziyyəti yaradan cinayətkarlar zərərçəkmiş qismində iş adamının avtomobilinə əyləşirmiş. Bundan sonra meşə ərazisinə aparılan qurbanlardan işgəncələrlə pul alınırmış.

Bir neçə iş adamı işgəncələrdən o qədər qorxub ki, dindirilmə zamanı şübhəlilər barədə hər hansı ifadə verməkdən imtina edib. Yalnız bir iş adamı ona zərər dəydiyi barədə polisə müraciət edib.

Qeyd edək ki, artıq faktla bağlı cinayət işi açılıb və hazırda araşdırma aparılır.

[media=https://www.youtube.com/watch?v=xaobL6DaEnU]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu