Bir gecəyə 150 min qazanc


Türkiyədə daha bir maraqlı musiqi yarışması start götürür.

Afn.az Türkiyə mətbuatına istinadən bildirir ki, Fox Tv-də yayımlanacaq bu yarışmada münsiflər heyəti yenə pul qazanacaq. “Səsi çox gözəl” adlı yarışmanın jürisində Sertap Ərənər, Sibel Can və Gökhan Türkmən yer alacaq. 15 apreldən etibarən ekranlara çıxan yarışmada hər münsifin adına verilən telefona müxtəlif ölkələrdən və yerlərdən zəng gələcək. Zənglə istedadlı insanlar soraqlaşaraq tapılacaq və efirə çıxarılacaq. Müxtəlif yerləri gəzərək istedadlı müğəəni seçən hər bir münsif isə öz komandasına cəmi 3 istedadlı şəxsi gətirə bilər. 13 həftə davam edən və qalib olan şəxs xaricdə musiqi təhsili və evlə təmin olunacaq. Proqramda münsiflərin hər veriliş qazanacağı pullar insanı heyrətə salır. Sibel Canın hər veriliş 150 min, digər münsiflərin isə ayrı-ayrılıqda 50 min türk lirəsi alacağı bildirilir. Bir sözlə, münsiflərin üçü bir yerdə hər dəfə bir gecəyə 250 min türk lirəsini ciblərinə qoya biləcək

NÜŞABƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu