Telman İsmayılovun əmlakına həbs qoyuldu


“Mardan Palace” oteli hərraca çıxarılır.

AFN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan əsilli iş adamı Telman İsmayılovun atasının adını daşıyan və 1,4 milyard dollara başa gələn, dünyanın ən dəbdəbəli otellərindən olan yeddiulduzlu “Mardan Palace”a Antalya bələdiyyəsi tərəfindən həbs qoyulub və satışa çıxarılıb. "Mardan Palace" bələdiyyəyə olan borcları səbəbindən icra yolu ilə satılacaq.
Artıq otelin icra detalları da açıqlanıb. Otel 3 iyunda tenderə çıxarılacaq. İlkin qiyməti kimi "Mardan Palace"a 325 milyon TL (130 mln. dollar) qiymət qoyulacaq. Xəbərə görə, otel Antalya bələdiyyəsinin 4-cü İcra Müdirliyi tərəfindən hərraca çıxarılacaq. Borclara görə həbs edilmiş daşınmaz əmlakın satışını təşkil edən icralik.com saytının idarə heyətinin rəhbəri Emrah Özoral bildirib ki, otelin hazırkı bazar dəyəri 650 milyon TL-dir.
Antalya bələdiyyəsi oteli 325 milyon TL başlanğıc qiymətdən hərraca çıxaracaq.
Məlum olub ki, “Mardan Palace” otelinin tikintisi üçün ayrılan ərazinin sənədləri qaydasında deyil. Həmçinin T.İsmayılov otelin tikintisi üçün Türkiyə banklarından aldığı krediti geri qaytara bilmir. Otelin Antalya bələdiyyəsinə vergi və torpaq icarəsindən də xeyli borcu yaranıb. Məlumatlara görə, tikintisinə 1,4 milyard dollar sərf edilən otel rentabelli deyil.
T.İsmayılovun Rusiyada da banklara və iş adamlarına böyük borcları var. Borcları üzündən o, əmlakının bir hissəsini satışa çıxarmalı olub.

[medium]http://afn.az/uploads/posts/2015-03/1427477977_mardan.jpg[/medium]

NÜŞABƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu