49 min dollarlıq şokolad-FOTO


Pasxa bayramı üçün istehsal olunan dovşan formalı bu şokoladın qiyməti 49 min dollardır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərənin məşhur şokolad istehsalçısı “Martin Chiffers” tərəfindən hazırlanan dovşan-şokolad internet vasitəsilə satışa çıxarılıb.
Onun bu qədər bahalı olmağına əsasən iki səbəb göstərilib. Bişirilməsi 2 gün çəkən bu dovşan beş kiloqram xüsusi Tanzaniya şokoladından hazırlanıb və gözləri 1,70 karatlıq brilyantdan ibarətdir. Bu brilyantların qiyməti 38 min dollardır (39 min manat).

Dovşanın ayağının altındakı yumurtalar da adi deyil. Onlar da yeməli qızıl tozundan hazırlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu