Ərzaq məhsullarının topdansatışı dayandı


Son günlərdə satış mərkəzlərində və iri marketlərdə ərzaq məhsullarının qiyməti bahalaşıb. Satışla məşğul olan şəxslər bunu Azəzbaycanda dolların manata nisbətən məzənnəsinin artması ilə izah edirlər.

Müşahidələr isə göstərir ki, qiymət artımı təkcə xaricdən gətirilən mallarda deyil, yerli istehsal olan məhsullarda da baş verib. Bu siyahıda “Azərsun Holdinq”in istehsal etdiyi məhsullar da var.

“Azərsun” da məhsulları bahalaşdırıb

Şirkətin ictimaiyyətlə əlaqələr departamentnin rəhbəri Afiq Səfərov qiymət artımını inkar etməyib. Bildirib ki, son günlərdə “Azərsun”un məhsullarında 5-6 faizlik bahalaşma baş verib. Bu da xammalın maya dəyərinin artması ilə bağlıdır. Şirkət rəsmisi qiymət artımı ilə bağlı rəsmi açıqlama yayacaqlarını da qeyd edib.

Qiymətlər nə qədər artıb?

Qeyd edək ki, şəkər tozu əvvəl marketlərdə 1 manat 10 qəpiyə satılırdısa, indi 1 manat 30 qəpiyədək bahalaşıb.

Gündəlik tələbat məhsulu olan yumurta isə 11 qəpikdən 14 qəpiyədək bahalaşıb. Kənd ymurtasının qiymətində də artım bu qədərdir – 14 qəpikdən 18 qəpiyə qalxıb.

Daha bir gündəlik tələbat məhsulu olan daha bir ərzaq – yağların qiymətində də ciddi bahalaşma baş verib. Məsələn, “Westgold” yağının 1 k q-nın topdansatış qiyməti 6,7 manatdan 7,1 manata qalxıb.

Qiymət artımı sərinləşdirici içkilərdə də mü.ahidə edilir. 0,5 litrlik qablaşmada “Coca Cola” əvvəl 34 qəpiyə satılırdısa, indi 51 qəpik olub. Həmin içkinin 1 litrlik qablaşması isə 82 qəpiyə satılır. Buna qədər isə 60 qəpik idi.

Topdansatış dayanıb

Qiymətlərin artımı ilə yanaşı, mağazalara mal buraxılması da məhdudlaşdırılıb. Bəzi topdansatış mərkəzləri son günlər marketlərə mal vermirlər. Topdansatıçılar mağazalara ancaq əvvəl satdıqları malların pulunu almaq üçün gəlirlər. Mağazalarda bunu qiymət artımının gözlənilməsi ilə izah edirlər. Topdansatış şirkətlərində isə bildirirlər ki, belə hallar varsa, bu marketlərin indiyədək aldıqları malı satıb pulunu verməməsi ilə bağlıdır. (fins.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu