95 qəza, 22 ölü, 135 yaralı...


Bayram günləri ölkə ərazisində baş verən yol qəzalarının statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, mart ayının 20-dən 29-a qədər ölkə ərazisində 92 yol qəzası baş verib. Nəticədə 22 nəfər ölüb, 135 nəfər xəsarət alıb.

K. Əliyev baş verən qəzaların 36-nın paytaxt ərazisində qeydə alındığını bildirib. Nəticədə 11 nəfər ölüb, 59 nəfər xəsarət alıb.

Ötən il müvafiq dövrü ilə müqayisədə bu il bayram günlərində baş verən yol qəzalarında ölü sayı 50%-dən çox azalıb.

Baş verən qəzaların 30-u piyadaların vurulması ilə nəticələnib. Qəzalar zamanı 7 piyada ölüb, 24-ü xəsarət alıb.

Hesabat dövründə avtonəqliyyat vasitələrinin aşması ilə nəticələnən 11 yol qəzası baş verib. Nəticədə 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

Bayram günlərində nəqliyyat vasitəsinin maneəyə vurulması ilə nəticələnən 8 yol qəzasında 2 nəfər ölüb, 16 nəfər xəsarət alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu