Heyvanlar üçün otel: Azərbaycanda-VİDEO


Azərbaycanda heyvanlar üçün ilk mehmanxana fəaliyyətə başlayıb.

Burada ev heyvanlarına əsl lüks şərait yaradılıb. Burada it və pişiklə yanaşı, dovşanlar da saxlamaq mümkündür. Onlar kiçik və rahat otaqlarda istirahət edir, hətta döşəyin üstündə yatırlar. Hoteldə heyvanları vaxtında gəzdirib- yedirdirlər. «Əgər siz 1-2 günlük ezamiyyətə gedirsizsə və itinizə baxan yoxdursa, onu otelə verə bilərsiniz»-deyə hotel işçiləri bildirir.

Pişiklərin «otaqları» isə daha genişdir. «3 otaqlı» hissə məhz bir pişiyə məxsusdur. Burada pişiyin yemək, yatmaq və oynamaq imkanı var. «Pişiklər burada çox yaxşı istirahət edirlər”-deyə işçilər bildirir.

Pişiklər üçün mehmanxana 8 korpusdan ibarətdir. Heyvanların qulluğunda duranlar onalrın nazı ilə oynayırlar. Hotelin əməkdaşı Zülfiyyə Kazımova deyir ki, əgər pişiyin sahibi istəyərsə, onu çimizdirir, tüklərini qırxır, hətta dırnaqlarını tuturlar. “Heyvanların sahibləri lazım olan xidmət barədə əvvəlcədən tapşırıq verirlər. Məsələn tapşırırlar ki, pişiyimə peyvənd vurulmalıdır, qırxılmalıdır, dırnağı tutulmalıdır. Biz də onları yerinə yetiririk”.

Oteldə vaxt məhdudiyyəti yoxdur. Pulu ödənilirsə, heyvan burada 3 ay da qala bilər.

Hoteldə xidmət haqqı baha deyil. Pişiklərə günülük xidmət 15, itlərə isə 25 manatdan başlayır. Qiymətə gündəlik yemək də daxildir. Pişiklərə səhər yeməyi düyü, yer kökü və file qarışıq kaşadan ibarətdir. Günorta isə file, axşama quru yeməklər verilir. (Space TV)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu