Milyarder şeyx indi də Qəbələdədir-VİDEO


18 milyard dollar sərvəti olan Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Azərbaycana səfəri zamanı Qəbələdə olub.

AzVision.az-ın məlumatına görə, şahzadə Tufandağ yay qış istirahət kompleksinə baş çəkib.

Milyarder ərəb şeyxi və qonaqları səyahət üçün helikopterdən də istifadə ediblər.

Şahzadə rayon sakinləri ilə görüşüb və şəkillər çəkdirib. Ərəb milyarder həmçinin sosial şəbəkədəki səhifəsində Azərbaycandalı ov macərasından bəhs edən video da paylaşıb.

Xatırladaq ki, martın 23-də ölkəmizə ova gələn Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşidin 18 milyard dollar sərvəti var.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu