Ərdoğan Putini şəxsən özü yola saldı- FOTO


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbula səfərə gələn Rusiya lideri Vladimir Putinə jest edib.

AzVision.az “Haberturk”-ə istinadən xəbər verir ki, Ərdoğan Beşiktaşdakı Yıldız Sarayı Mabeyn Köşkündən Putini avtomobilinə kimi müşayiət edib və onu şəxsən özü yola salıb.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresindən sonra Beşiktaşdakı Yıldız Sarayı Mabeyn Köşkündə bir araya gəliblər. Qapalı keçirilmiş görüş iki saata yaxın çəkib.

Tərəflər arasında əvvəlcə geniş tərkibdə görüş olub. Daha sonra liderlər arasında təkbətək görüş gerçəkləşib. Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hülusi Akar da iştirak edib.

Daha sonra Rusiya ilə Türkiyə arasında “Türk axını” üzrə saziş imzalanıb. Sənədi iki ölkənin Energetika nazirləri imzalayıb. İmzalanma mərasimində Türkiyə və Rusiya prezidentləri iştirak edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu