Turistlər üçün ən ucuz şəhər


Litvanın paytaxtı Vilnüs şəhəri turistlərdən ötrü Avropanın ən ucuz şəhəri elan edilib.

AFN.az lenta.ru saytına istinadən xəbər verir ki, bu haqda Post Office Britaniya poçt xidmətinin saytında məlumat yerləşdirilib.
Aparılmış araşdırmalar nəticəsində məlum olub ki, Vilnüsdə istirahət günlərini keçirmək turistlərə 100 avroya başa gəlir. İkinci yeri 119,77 avro ilə Budapeşt, üçüncü yeri isə 120,39 avro ilə Riqa şəhəri tutub.
Reytinq tərtib olunarkən, müəlliflər iki gecə üçulduzlu oteldə gecələmək, çaxır və şam yeməyi, ekskursiyalar və şəhər nəqliyyatında və aeroporta gediş-gəliş xərcləri nəzərdə tutulub.
Stokholm Avropanın ən bahalı şəhəri seçilib. Səyahətçilərin istirahət günlərini İsveç paytaxtında keçirmələri üçün onlara orta hesabla 310 avro tələb olunur.
Avropa şəhərlərində istirahətin tam reytinqi belədir:
1.Vilnüs, Litva: 100,04 avro
2.Budapeşt, Macarıstan: 119,77 avro
3.Riqa, Latviya: 120,39 avro
4.Tallinn, Estoniya: 131,28 avro
5.Afina, Yunanıstan: 131,35 avro
6.Dubrovnik, Xorvatiya: 139,83 avro
7.Praqa, Çexiya: 141,24 avro
8.Lissabon, Portuqaliya: 141,24 avro
9.Krakov, Polşa: 144,96 avro
10.Strasburq, Fransa: 169,60 avro
11.Madrid, İspaniya: 179,94 avro
12.Berlin, Almaniya: 179,95 avro
13.İstanbul, Türkiyə: 182,91 avro
14.Vena, Avstriya: 184,84 avro
15.Brüssel, Belçika: 193,14 avro
16.Belfast, Şimali İrlandiya: 198,10 avro
17.Edinburq, Şotlandiya: 210,75 avro
18.Dublin, İrlandiya: 238,99 avro
19.Venetsiya, İtaliya: 240,51 avro
20.Barselona, İspaniya: 242,97 avro
21.Paris, Fransa: 261,39 avro
22.London, İngiltərə: 266,65 avro
23.Kopenhagen, Danimarka: 269,78 avro
24.Roma, İtaliya: 276,83 avro
25.Amsterdam, Niderland: 288,66 avro
26.Stokholm, İsveç: 311,01 avro

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu