Bakıda yol polisi qaydanı belə pozur- VİDEO

Xəbərin çap versiyası
Tarix: 19-10-2016, 21:46    |    Xəbər oxunub: 9 180 dəfə
Bakıda yol polisi qaydanı belə pozur- Sayrışan işıqlarını yandırmadan yol polisi patrul avtomobilini yolun hərəkət hissəsində saxlayıb. Bu da hərəkətə mane olmaqla yanaşı, qəza şəraiti də yaradır.

Görüntülər paytaxtın Yasamal rayonu Həsən Bəy Zərdabi küçəsində şahidlər tərəfindən mobil telefonla çəkilib.

Çəkiliş hündürmərtəbəli binadan çəkildiyi üçün patrul avtomobilinin dövlət nömrə nişanı görünmür. Belə aydın olur ki, həmin avtomobilin inspektoru qaydanı pozan ''Vaz-2107'' markalı avtomobilə “saxla” əmri verib. Amma yol polisi özü burda qaydanı pozaraq patrul maşınını yolun hərəkət hissəsində saxlayaraq dönüb geri qayıdan avtomobillərə maneə yaradır.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, yol polisi bu vəziyyətdə "Yol hərəkəti haqqında" qanunun 52-ci maddəsinin tələbini, yəni, "Dayanma və durma'' qaydalarını pozub. Ekspertin sözlərinə görə, yol polisi nəqliyyatın hərəkətinə mane olmamalıdır.

Amma həqiqətən də zərurət yaranarsa yol polisi, bütün təhlükəsizlik tədbirləri görərək avtomobili yolun hərəkət hissəsində saxlaya bilər. Hətta bununla bağlı “Yol hərəkəti haqqında” qanunda da müddia var.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov sözügedən məsələ ilə bağlı idarədə həmin patrul avtomobilinin və avtomobildə xidmətdə olan yol polislərinin araşdırıldığını dedi. ''Biz həmin yol polislərini müəyyən etdikdən sonra onları cərimələyəcəyik'' deyə bölmə rəisi bildirdi.

Qeyd edək ki, bu qayda pozuntusuna görə qanunvericilikdə 40 manat cərimə nəzərdə tutulub.

AFN.az “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
ŞOK İDDİA: deputat Vergilər Nazirliyinin əməkdaşlarını döydürüb -

ŞOK İDDİA: deputat Vergilər Nazirliyinin əməkdaşlarını döydürüb - HƏBSLƏR VAR

“İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi”-

“İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi”- tanınmış vəkildən AÇIQLAMA

Azərbaycan həqiqətləri dünyada tanıdılır

Azərbaycan həqiqətləri dünyada tanıdılır

Mehriban Əliyeva:

Mehriban Əliyeva: "Azərbaycanın əsgər və zabitləri ilə fəxr edirəm"

Bakıda güclü yanğın başladı -

Bakıda güclü yanğın başladı -

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Kabildə toy mərasimində partlayış olub:

Kabildə toy mərasimində partlayış olub: 63 ölü, 183 yaralı

Atəşkəs bu gecə də pozulub

Atəşkəs bu gecə də pozulub

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi -

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi - VİDEO

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet -

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet - VİDEO+FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur