Prosineçkidən çılğın hərəkətlər-VİDEO


AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Malta (2:0) matçında millimizin baş məşqçisi Robert Prosineçki öz çılğın hərəkətləri ilə yadda qalıb.

Rəsmi oyunlarda ilk qələbəsini qazanan baş məşqçimiz oyun boyu çox emosional görünüb.

Qeyd edək ki, “Avro-2016”nın seçmə mərhələsinin H qrupunda Azərbaycan milli komandası növbəti matçına çıxıb. Robert Prosineçkinin rəhbərlik etdiyi millimiz doğma meydanda Malta ilə qarşılaşıb.

Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komandamız seçmə mərhələdə keçirdiyi dörd qarşılaşmada xala həsrət qalmışdı. Millimiz qrupun autsayderlərindən olan Malta ilə görüşdə üç xal qazanmağı bacardı. Cavid Hüseynov qarşılaşmanın 4-cü dəqiqəsində Azərbaycan millisinin ilk qolunu, oyunun artırılma dəqiqələrində Dmitriy Nazarov ikinci qolunu vuraraq millimizə 2:0 hesablı qələbə qazandırıb.

Qələbə sayəsində yığmamız sonuncu pillədən qurtula bilib.

Azərbaycan – Malta - 2:0
Qollar: Cavid Hüseynov, 4 (1:0), Dmitri Nazarov, 90+2 (2:0)

[media=https://www.youtube.com/watch?t=24&v=sLVz3fH_-ow]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu