78 yaşlı nənədən avtoşou-VİDEO


“Bu maşın mənim dostumdu”.

78 yaşlı sürücü Gülzadə Osmanova düz 21 ildir ki, bu sevimli avtomobilini hər səhər işə salır, 5 dəqiqə də olsa kəndin içərisində dövrə vurub geri qayıdır.

AFN.az ATV-yə istinadən xəbər verir ki, uşaqlıqdan maşına həvəsi olan Qusar sakini Gülzadə nənənin avtomobilini alma tarixçəsi də maraqlıdır.

Beləcə avtomobili alan 78 yaşlı qəhrəmanımız yalnız 3 gün Hövsanda dəniz sahilində qohumlarının köməkliyi ilə vura-vura da olsa sürməyi öyrənir.

58 yaşından meylini bu avtomobilə salan Gülzadə nənə avtomobilin içərisini də özünəməxsus zövqlə bəzəyib.

Tez-tez getdiyi uzaq məsafəli yol isə Sumqayıtadı. Deyir səhər tezdən yol boş olanda çıxıram evdən. Yol polisləri də onu tanıyır. 5 övladı, nəvə nəticəsi olan Gülzadə nənə ki, deyir heç kəs inciməsin bu maşın mənim dostumdu. Onu heç ən son model avtomobilə belə dəyişmərəm.

[media=https://www.youtube.com/watch?v=SOPNF6B0vVg]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu