Hadı Rəcəbli polisə çağırılıb?


Daxili İşlər Nazirliyi Milli Məclisin üzvü Hadı Rəcəblinin gəlini barəsində cinayət işi başlanması və həmin faktla bağlı deputatın polisə çağırılaraq ifadəsinin alınması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov APA-ya yayılan xəbərin yalan olduğunu bildirib: “Suraxanı Rayon Polis İdarəsinə belə bir şikayət daxil olmayıb və belə bir fakt yoxdur. Milli Məclisin deputatı Hadı Rəcəblinin polisə çağırılaraq hansısa vətəndaşa zamin durması barədə yayılan məlumatlar da həqiqəti əks etdirmir. Bu, başdan ayağa yalan, uydurma məlumatdır. Hörmətli millət vəkili polis idarəsinə çağırılmayıb və ondan ifadə alınmayıb”.

E. Zahidov jurnalistlərə müraciət edərək belə xəbərləri yayarkən diqqətli olmağa cağırıb.

Qeyd edək ki, bəzi saytlar Milli Məclisin deputatı Hadı Rəcəblinin dələduzluqda ittiham edilən gəlini Zərifə Beruzova ilə bağlı Suraxanı Rayon Polis İdarəsinə gedərək ifadə verdiyi barədə informasiya yayıb. Həmin məlumatda H. Rəcəblinin polis idarəsində gəlininə zamin duraraq borclu olduğu pulun tez bir zamanda yiyəsinə qaytarılmasına zəmanət verdiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu