"Putin mənə gözəl məktub yazıb"- Tramp

Bunu ABŞ prezidenti seçilən Donald Tramp “The Wall Street Journal” qəzetinə müsahibəsində bildirib.
“Mən Vladimir Putindən gözəl bir məktub almışam və tezliklə aramızda telefon danışığı olacaq”, - deyə Tramp vurğulayıb.
O, həmçinin qeyd edib ki, seçkilərdən sonra Çin Xalq Respublikasının sədri Si Tszinpin istisna olmaqla bir çox dünya liderlərindən təbrik məktubları alıb, bəziləri ilə telefonla danışıb.
Diqqətinizi çəkə biləcək digər xəbərlər