Naziri işdən çıxarıldı- rüşvətə görə


Rusiya prezidenti Vladmir Putin ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyukayevi tutduğu vəzifədən azad edib.

AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.

Qeyd edək ki, iqtisadi inkişaf naziri iki milyon dollar həcmində rüşvət götürməkdə ittiham edilir. İstintaq komitəsi bəyan edib ki, A.Ulyukayev pulu götürərkən cinayət başında həbs edilib.

Ulyukayev məhkəmədə günahını etiraf etməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu