Deputat eks deputatı təhqir etdi


Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli sabiq millət vəkili Etibar Hüseynovun onun haqqında söylədiyi fikirlərə cavab verib

T.Kərimli deyib ki, Etibar Hüseynov bu cür çıxışlarla oxucuları çaşdırmaq istəyir: “Partiyamızın mətbuat xidməti bu adama cavab verib. O elə ünsürdür ki, artıq mənim ona cavab verməyim doğru olmaz. Əvvəla, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyalara Dövlət Büdcəsindən 8 min manat vəsait verilir. Digər tərəfdən isə Etibar Hüseynov “8 nəfər üzvü yoxdur” deməklə Vəhdət Partiyasını aşağılamağa çalışıb. Əgər o həqiqəti öyrənmək üçün bir az maraqlansaydı, bilərdi ki, Vəhdət Partiyasının 8 deyil, minlərlə üzvü var. Ümumiyyətlə, bizim partiyanın üzv sayı baxımından heç zaman çətinliyi olmayıb. Hazırda təkcə partiyamızın qərargahında ən azı 15 nəfər çalışır”.

Deputat söyləyib ki, Etibar Hüseynov Vəhdət Partiyasına “üzvü yoxdur” deməklə onu aşağılamağa çalışıb: “Bu, insanlığa sığmayan hərəkətdir. Görünür ki, Etibar Hüseynov uzun zamandır danışa bilmir. Həm də onu ikinci dəfə deputat seçmədilər. İndi bu cür yolla gündəmə gəlməyə çalışır. Mənə sataşmaqla da mövzu yaradıb gündəmə gəlmək istəyir. Bildiyim qədər, onu “Lider TV” və ATV-dən də uzaqlaşdırıblar. Bu adam həm iqtidarı, müxalifəti, həm də məcburi köçkünləri təhqir edirdi. Ona görə də hamının gözündən düşüb. İndi də qalıb kimsəsiz və mənə sataşmaqla gündəmə gəlmək istəyir. Mən ona cavab verməyi nüfuzuma uyğun görmürəm. Yaxşı olar ki, Etibar Hüseynov gedib özü kimi adamlara sataşsın. Mən bu cür adama cavab verməyi ar bilirəm”.

Xatırladaq ki, sabiq deputat Etibar Hüseynov özünün sosial şəbəkədəki səhifəsində millət vəkili Tahir Kərimli ilə bağlı tənqidi sözlər işlədib. E.Hüseynov maaşından şikayət edən deputatlarla bağlı bildirib ki, Tahir Kərimli hər ay büdcədən 8 min manat alır:

“Tahir Kərimli deyir ki, maaş alanda utanıram ki, müəllimlər, həkimlər 300-400 man alır, amma mən 1750 manat alıram. Əvvəla, 1750 deyil, 2200 manatdır. Digər tərəfdənsə mən insanlardakı bu eybəcər pafos və riyakarlığı anlaya bilmirəm. Sən halal maaşından niyə utanmalısan ki? Belə utanansansa, 8 nəfər üzvü olmayan partiyana görə, hər ay büdcədən aldığın 8000 manata görə utan da!”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu