Gülər Əhmədova işə başladı- Açıqlama


Sabiq millət vəkili Gülər Əhmədova yeni işə başlayıb.

Bu barədə məlumatı psixoloq Dəyanət Rzayev verib. Bildirib ki, psixologiya elmləri namizədi və pedaqoq Gülər Əhmədova Psixoterapiya Mərkəzində fəaliyyətə başlayıb: "Gülər xanıma bu işi biz özümüz təklif etdik. Bilirik ki, bu sahənin mütəxəssisidir, böyük təcrübəsi var".
D.Rzayevin sözlərinə görə sabiq deputat bu gündən işə başlayıb: "Artıq fəaliyyətə başlayıb. Bizim mərkəzdə psixoloq kimi işləyəcək. Bundan başqa, təlimlər keçəcək, müəyyən tədbirlər təşkil edəcək”.

Qeyd edək ki, Gülər Əhmədova 3 dəfə Milli Məclisə düputat seçilib. 2012-ci ildə Gülər Əhmədova deputat mandatının ləğv olunması üçün Milli Məclis rəhbərliyinə müraciət edib.3 oktyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının bu məsələyə dair iclası keçirilib və toplantıda 34 saylı Xətai II dariəsindən Milli Məclisə deputat seçilmiş Gülər Mikayıl qızı Əhmədovanın mandatından imtina barədə verdiyi ərizəyə baxılıb və onun mandatının ləğv olunması barədə qərar çıxarılıb.

Daha sonra isə sabiq millət vəkili həbs edilib. 2014-cü ilin may ayının 5-də azadlığa buraxılıb.(BakiPost.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu