Aviadispetçerlər tətilə başladılar


Fransada aviadispetçerlər 48 saatlıq tətilə başlayıblar.

AFN.az BBC- yə istinadən bildirir ki, aviadispetçerlər pensiya yaşının artırılmasına və əmək şərtlərinə qarşı etiraz edirlər.
Ölkənin ən böyük həmkarlar ittifaqı tərəfindən təşkil olunan aksiya aviauçuşların qrafikinə ciddi təsir edə bilər. Fransa Mülki Aviasiya İdarəsi artıq aviaşirkətlərdən bu günlərdə beynəlxalq reyslərin yarısını təxirə salmağı xahiş edib.
Aprelin sonunadək aviadispetçerlərin həmkarlar ittifaqı daha 7 gün tətil etmək fikrindədir.

NÜŞABƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu