Hansı bürc necə üzr istəyir?


Bürclərə görə üzr istəməyin fərqli olduğunu bilirsiniz? Hansı bürcdən olanlar bunu necə edir və nəticələri nə olur...

AFN.az ANS-ə istinadən hansı bürcün necə üzr istəməli oduğunu təqdim edir.

Qoç
Bütün qoçlar dünyanın ən şirin insanları olduqlarına inanırlar. Onlar üzr istəməli bir iş görmədiklərini ya da demədiklərini düşünə bilərlər. Səhvlərini izah etsən belə sadəcə "üzr istəyirəm" deməklə kifayətlənirlər. Bundan artığını gözləməyin.

Buğa
Xətaları olduqda insanlarla üz-üzə gəlməkdən belə çəkinirlər. Üzr istəməklə araları yoxdur. Nə olubsa olub. Bunun üçün çox dostlarını itirə bilərlər.

Əkizlər
Mübahisələri dərindən araşdırsanız əkzilərin haqlı olduğu üzə çıxacaq. Onlar da məhz belə olduğuna əmin olduqları üçün üzr istəməkdən qaçırlar.

Xərçəng
Bir xərçəngin üzr istəməsini gözləyirsinizsə peşman olarsınız. Onlar haqsız olduqları zaman belə özlərini haqlı çıxaracaq tərəflər tapırlar. Sonda özünüzü üzr istəyən yerdə görsəniz təccüblənməyin.

Şir
Şirlər xətalarını aradan qaldırmaq üçün əlindən gələni edirlər. Sizi çiçəklərə qərq edər, ayaqlarınıza qapanar. Ona qarşı çıxmaq mümkün deyil...

Qız
Qızlar üzr istəməkdən heç vaxt çəkinmirlər. Amma bunu nə zaman və necə edəcəklərini yaxşı hesablayırlar.

Tərəzi
Xətalarını etiraf etməkdən çəkinmirlər. O, qədər səmimi şəkildə bunu edirlər ki, üzr istəmədən belə onları bağışlaya bilərsiniz.

Əqrəb
Üzrün bir protokol qaydası olduğuna inanırlar. Telefon və ya üzbəüz üzr istəmək yerinə, email və ya məktubla üzr istəsələr təccüblənməyin.

Oxatan
Onların kitabında peşmanlıq, üzr yoxdur. "Xətasız qul olmaz" - onların həyat fəlsəfəsi budur. Başqalarından da üzr gözləmirlər.

Oğlaq
Kiminsə xətrinə dəydiqklərinin fərqinə gec vara bilərlər. Amma bunu anladıqda sdə bir üzrlə kifayətlənmirlər. Nə üçün bun etdiklərini, işin əslini detallarına kimi izah edirlər.

Dolça
Xətalarını o dəqiqə anlayır və qaşısındakı insanın könlünü almaq üçün işə başlayır. Demək olar ki, həmişə uğur qazanırlar.

Balıq
Balıq və üzr istəmək? Asanlıqla üzr istəməzlər. Onların hadisələrə baxış bucağı fərqlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu