BVF-nin sabiq vitse-prezidenti həbs edilib


Madriddə Beynəlxalq Valyuta Fondunun sabiq vitse-prezidenti həbs edilib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, EFE agentliyinin məlumatına əsasən İspaniyanın keçmiş iqtisadiyyat naziri və “Bankia” maliyyə qrupunun sabiq rəhbəri Rodriqo Rato evinə üç saat keçirilmiş baxışdan sonra saxlanılıb.

Bəzi KİV-lər məlumatına görə, R.Rato baxışdan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Rodriqo Rato 12 mln avro çirkli pulların yuyulmasında və aktivlərin gizlədilməsində ittiham olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu