Filmimiz beynəlxalq festivalda


Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə çəkilmiş, rejissor Elçin Musaoğlunun “Nabat” bədii filmi aprelin 24-dən mayın 2-dək Tehranda keçiriləcək 33-cü Fəcr Beynəlxalq Film Festivalında nümayiş olunacaq.

AFN.az nazirliyin saytına istinadən məlumatına görə, “Nabat” 300-dən artıq filmin göndərildiyi festivalın “East Panorama” müsabiqə proqramında yer alıb.

İtaliya, ABŞ, Almaniya, Çin, Hindistan kimi ölkələrdə keçirilən bir çox beynəlxalq film festivallarında iştirak edib mükafatlar qazanmış ekran əsərində Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və başqa aktyorlar çəkiliblər.

Qeyd edək ki, festivala azərbaycanlı kino xadimlərindən ibarət nümayəndə heyəti dəvət olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu