Elnarədən Röya və Natavan açıqlaması


Müğənni Elnarə Xəlilova həmkarları Röya Ayxan və Natavan Həbibi ilə münasibətləri haqda danışıb.

Sənətçi Axşam.az-a açıqlamasında Röyanın "W-trio" ilə bağlı sözlərinə cavab verib:

"Röya sonuncu dəfə bizi 8 il bundan əvvəlki konsertində bir araya gətirib. Daha sonra mənə heç bir təklif gəlməyib. Heç mesaj da yazmayıb. Əgər təklif olsa, niyə də qəbul etməyim ki? Sevə-sevə razılaşaram. Tək Röyadan yox, Natavandan da nəsə dəvət olsa, etiraz etmərəm. Hər ikisi ilə münasibətim yaxşıdır”.

Xatırladaq ki, Röya açıqlamasında keçmiş “W-trio”nun yenidən bir araya gələ biləcəyinin mümkünlüyü deyib:

"Mən həmişə onlarla birləşib, nəsə etmək istəmişəm. Bir dəfə də onlar addım atsınlar. Adam paxıl olmaz. Mən onlara qarşı addım atdım. Qızlardan cavab gəlmədi. Bir dəfə zəng edib desinlər ki, Röya belə layihə var, bunu gerçəkləşdirək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu