Pənah Hüseyn seçkiyə qatılacaq


“Azadlıq-2015” seçki blokuna daxil olan səkkiz partiya sədrinin əksəriyyəti parlament seçkilərində iştirak qərarı verib”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.

O, hazırda blokun seçki qərargahının Sədrlər Şurası ilə birlikdə ayrı-ayrı partiyaların dairələr üzrə təqdim etdiyi namizədləri müəyyənləşdirdiyini bildirib: “Dairələrdə bu namizədlərin şanslarının olub-olmaması aydınlaşdırılır. Əgər bir dairədən bir neçə namizəd varsa, onda hansının daha çox şanslı olması müəyyən edilir”.

AXP sədri deputatlığa namizədliyini irəli sürəcəyini də açıqlayıb: “Hansı dairədən namizədliyimi irəli sürəcəyim barədə qərarı yaxın günlərdə açıqlayacağam”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu