Fransa Ukraynaya vertolyotlar göndərəcək


“Ukroboronprom” fransız şirkətləri ilə müqavilə bağladı

“Ukroboronprom” dövlət konserni silah istehsalı üzrə dünya liderlərindən sayılan fransız şirkətləri ilə yeni müqavilələr imzalayıb.
Afn.az censor.net saytına istinadən xəbər verir ki, bu haqda konsernin mətbuat-xidməti məlumat yayıb.
Konserndən verilən məlumata görə, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq sahəsində strateji müqavilələr, Ukrayna prezidenti Poroşenkonun Fransaya işgüzar səfəri çərçivəsində imzalanıb.
“DQZİF “Ukrainmaş”ın mütəxəssisləri Ukrayna Silahlı qüvvələrinin radiorabitə sahəsində ehtiyaclarının ödənilməsi üçün fransız şirkəti Thales Communcation & Security SAS şirkəti ilə müqavilə imzalayıb. Thales Systems Aeroportes SA şirkəti ilə isə müasir patrul vertolyotu istehsal etməklə bağlı birgə layihə haqqında qarşılıqlı anlaşma Memorandumu imzalanıb”, - məlumatda belə deyilir.
Konsern eləcə də Airbus Helicopters SAS şirkətilə bir mühərrikli H125 vertolyotlarının alınması ilə bağlı da protokol imzalayıb.

Rafiq



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu