Cinsini dəyişən modeldən maraqlı AÇIQLAMALAR


Podiumların əvvəl androgen, indilərdə isə transmodeli Andreja Pejic Vogue maraqlı açiqlama verib.

Afn.az Türkiyə mətbuatına istinadən bidlirir ki, Andreja plastik əməliyyat keçirdərək cinsini dəyişmək istədikdə ona moda sektorundan bildiriblər ki, o, bu zaman əvvəlki kimi maraqlı və özəl olmayacaq. 23 yaşlı serb model bioloji cəhətdən kişi olsa da, androgenik idi. Belə ki, bu model podiumlarda həm kişi , həm də qadın libaslarının nümayiş etdirir. Ötən il isə model cinsini dəyişdi və Andrejdən –Andrejaya çevrildi. O bildirir ki, bəzi insanlar ortada bu qədər gözəl qadın olduğu halda, onun da qadına çevrilərək öz özəlliyini itirəcəyini bildirib. Hətta ona bəzi moda agentlikləri bildirib ki, androgen olmaq trans olmaqdan daha yaxşıdır. Buna baxmayaraq, ona cinsiyyəti dəyişməyin vacibliyini bildirən insanlar da olub.

Bosniyada dünyaya gələn Andreja Avstraliyaya ailəsi ilə birgə köçüb. “Storm“ şirkətinin qurucusu isə onun yeniyetməlik dövründən model agentliyinə dəvət edib. Gənc öz cinsiyyəti barədə tərəddüd etdiyi hlda moda sektoru onu həm kişi, həm də, qadın paltarlarını geymək üçün podiuma dəvət etdi. O, hətta “Gaultier’in gəlinliyini də podiumda nümayiş edib. Onu hətta podium ulduzu Keyt Mossda gözəl hesab edir. Andreja FHM-in ən seksual qadınlar siyahısında 98-ci yeri tutur.

NÜŞABƏ

[medium]http://afn.az/uploads/posts/2015-04/1429796540_rejich1.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-04/1429796468_rejich2.jpg[/medium]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu