"Don Karleone" - 75


Məşhur Hollivud aktyoru öz yubileyini qeyd edib

Məşhur amerikan aktyoru Al Paçino dünən 75 illik yubileyini qeyd edib. O, öz artistizminə görə daha çox mənşəyinə minnətdar olmalıdır. Alfredo Ceyms Paçino amerikan-italyan ailəsində dünyaya göz açıb. Onun kiçik vətəni belə demək mümkünsə, qanqsterləri ilə məşhur olan Harlem məhəlləsi olub. Gələcək yaradıcılıq yolunda Harlem məktəbinin özünəməxsus rolu olub desək, yanılmarıq. Öz karyerasına Al Paçino 1960-cı illərin sonunda Nyu-Yorkun kiçik məhəllə teatrlarından başlayıb. Kinoda çəkildiyi epizodik rollar isə bir növ onun üçün əlavə qazanc rolunu oynayırdı. Lakin 1971-ci ildə o, “Hidl-parkda panika” filmində çəkildiyi ilk böyük rolu ilə məşhur rejissor Frensis Ford Kopolanın diqqətini cəlb etdi. O, gənc aktyoru Mario Pyuzonun “Xaç atası” romanı əsasında ekranlaşdırmaq istədiyi filminin çəkilişlərinə dəvət etdi. Məhz bu filmin premyerasından sonra Paçino məşhurlaşdı və hamı tərəfindən sevilməyə başlandı. Karyerası ərzində onun qəhrəmanları sırasında qanqsterlərlə yanaşı, polisləri, hətta Şekspir qəhrəmanlarını da görmək mümkündür. Oxucuların diqqətinə onun ən yaxşı rollarından təşkil edilmiş foto-qalereyanı təqdim edirik.

Rafiq

[medium=left]http://afn.az/uploads/posts/2015-04/1429957765_alpacino.jpg[/medium]

[medium=left]http://afn.az/uploads/posts/2015-04/1429957916_alpacino1.jpg[/medium]

[medium=left]http://afn.az/uploads/posts/2015-04/1429957923_alpacino2.jpg[/medium]

[medium=left]http://afn.az/uploads/posts/2015-04/1429957928_alpacino3.jpg[/medium]

[medium=left]http://afn.az/uploads/posts/2015-04/1429957928_alpacino4.jpg[/medium]

[medium=left]http://afn.az/uploads/posts/2015-04/1429957985_alpacino5.jpg[/medium]

[medium=left]http://afn.az/uploads/posts/2015-04/1429957976_alpacino6.jpg[/medium]

[medium=left]http://afn.az/uploads/posts/2015-04/1429957968_alpacino7.jpg[/medium]

[medium=left]http://afn.az/uploads/posts/2015-04/1429957973_alpacino8.jpg[/medium]

[medium=left]http://afn.az/uploads/posts/2015-04/1429958057_alpacino9.jpg[/medium]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu