Bakıda fəhlə binadan düşərək ölüb


Bakıda tikintidə yenə ölüm faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin saytında verilən məlumata görə, hadisə aprelin 28-də Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbədə inşa edilən binada fəhlə işləyən Bakı şəhər sakini Elmir Kazımov 4-cü mərtəbədən yıxılıb. Xəstəxanaya yerləşdirilən E.Kazımov orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu