Lənkəranda adı "Qırmızı kitab"a düşmüş kəpənək tapılıb- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 22-05-2018, 15:13    |    Xəbər oxunub: 634 dəfə
Lənkəranda adı "Qırmızı kitab"a düşmüş kəpənək tapılıb-


Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən həyata keçirilən növbəti monitorinqlər zamanı Lənkəran rayon ərazisində, “Hirkan milli parkı”na yaxın şəxsi təsərrüfat sahələrində naməlum kəpənəklərin tırtılları aşkar edilib.

Xidmətdən AFN-ə verilən məlumata görə, aşkar olunan tırtıllar Dövlət Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin müvafiq laboratoriyasında yoxlamadan keçib və onun “Qırmızı kitab”da qeydiyyatda olan nadir Maxaon kəpənəyinin (popilio machaon L.) tırtılları olduğu məlum olub.

Son dərəcə nadir növ olan Maxaon kəpənəyi (popilio machaon L.) Pulcuqluqanadlılar, yaxud Kəpənəklər (Lepidoptera Yelkənciklər – Papilinoidae) dəstəsinə aiddir.

Bu kəpənəklər daha çox Rusiyanın Volqoqrad əyalətində yayılıb. Meşə və meşə ətrafı, bataqlıq və çay kənarları, becərilməyən, tərk edilmiş ərazilərdə müşahidə olunur və alaq otları üzərində yaşayıb çoxalırlar.

İl ərzində iki nəsil verir. Birinci nəsil may ayının ortalarından başlayaraq iyun ayının ortalarına qədər, ikinci nəsil isə iyun ayının II yarısından avqust ayının ortalarına qədər davam edir. Quru yamaclarda və daşlı yerlərdə friqanoid bitkilər yetişən sahələrdə yaşayan kəpənəklər mayın sonu, iyunun əvvəllərində uçur. Yumurtaqoyma iyunda başlayır, tırtıllar iyulda endemik çətirçiçəklilərə mənsub olan bitkilər üzərində inkişaf edirlər.

Gizli həyat tərzi keçirən kəpənəklər gecələr qidalanır, gündüzlər isə bitkinin uzun silindr şəkilli yarpaqlarının qınlarında gizlənirlər. Əsasən pup halında çimlik ərazilərdə qışlayırlar.

Maxaon kəpənəyi dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycan Respublikasında “Qırmızı kitab”da qeydiyyatda olduğu üçün, onlara qarşı mübarizə aparmaq qadağandır. Hazırda təbiətdə bu növün 9 ərazidə qorunması tədbirləri aparılır. Bu həşəratlar Cənub-Şərqi İspaniya, İtaliya, Cənubi Fransa, Yunanıstan (tipik formada P.machaon L.), Cənubi Qafqaz, İran, Kiçik Asiya, Orta Asiyanın cənub-qərbi (yarımnöv orientalis Rom.) Azərbaycanda Naxçıvan MR ərazisinin Araz çayı vadisindən başlayaraq dəniz səviyyəsindən 1750 m-ə qədər yüksəkliyi olan dağlarda geniş yayılıblar.

Kəpənəyin tırtılları kök, şüyüd, cəfəri, kələm və digər mədəni bostan tərəvəz bitkiləri ilə qidalanırlar.

Maxaon kəpənəyinin nadir növ olduğunu nəzərə alaraq, həyətyanı sahələrində bu kəpənəyin tıtılları müşahidə edilən vətəndaşlardan xahiş edirik ki, tırtılla tərəfindən vurulan ziyanın qarşısını almaq məqsədilə onları əl ilə ehtiyatla yığaraq sahələrdən kənarda təbiətə buraxsınlar.

Lənkəranda adı "Qırmızı kitab"a düşmüş kəpənək tapılıb-

Lənkəranda adı "Qırmızı kitab"a düşmüş kəpənək tapılıb-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Ermənistanın Xankəndi ilə bağlı yalanı ifşa olundu-

Ermənistanın Xankəndi ilə bağlı yalanı ifşa olundu- FOTOLAR

Axtarışda olan 15 nəfər saxlanılıb

Axtarışda olan 15 nəfər saxlanılıb

Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi:

Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi: Azərbaycanda nadir hadisə

Bakı-Yevlax yolunda iki nəfəron ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Yevlax yolunda iki nəfəron ölümü ilə nəticələnən yol qəzası baş verib

Araz çayında batmış şəxsin cəsədi aşkarlanıb

Araz çayında batmış şəxsin cəsədi aşkarlanıb

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verirlər

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verirlər

Cəbhədə gərginlik davam edir

Cəbhədə gərginlik davam edir

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Qənirə Paşayeva Tovuzda Milli Qurtuluş Günü və Ramazan bayramı tədbirində gənclərə çağırış edib

Qənirə Paşayeva Tovuzda Milli Qurtuluş Günü və Ramazan bayramı tədbirində gənclərə çağırış edib

Nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi proseduru müəyyənləşdi

Nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi proseduru müəyyənləşdi

Azərbaycanlı jurnalisti öldürən sürücüyə hökm oxundu

Azərbaycanlı jurnalisti öldürən sürücüyə hökm oxundu

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində  bayram tədbiri keçirilib

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində bayram tədbiri keçirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur