Xoşqədəm hər gün veriliş aparacaq


Xoşqədəm Hidayətqızı ANS-də yeni layihə hazırlayır.

Aparıcı həftəiçi beş gün yeni verilişlə efirə çıxacaq.

Onun sözlərinə görə, gündəlik efir “Xoşqədəmlə axtarıram səni”nin təfərrüatları ilə bağlı olacaq: "Həftənin bazar günü yayımlanan verilişimiz də olduğu kimi yerində qalır. Yeni layihənin adını isə hələlik açıqlamaq istəmirəm”.

X.Hidayətqızı "Axtarıram səni"nin ilk buraxılışından razı qalmadığını etiraf edib: “Düzdür, reytinq yüksək oldu. Amma heç də ürəyimcə veriliş alınmadı. Çünki arxivimiz yox idi. Verilişi cəmi 1 həftəyə hazırladıq. Komandamız gecə-gündüz işlədi. Mənim üçün keçmişdəki söz-söhbətlər bitdi. Hər kəsdən xahiş edirəm ki, ötüb gedənlərlə bağlı mənə heç bir sual verməsinlər". (axsham.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu