ABŞ Qarabağdakı “seçkiləri" tanımır


ABŞ hakimiyyəti mayın 3-də Dağlıq Qarabağda keçiriləcək “parlament seçkiləri”ni tanımağa hazırlaşmır.

Virtualaz.org "RİA Novosti"-yə istinadən bildirir ki, bunu ABŞ-ın xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Ceff Ratke deyib.

“ABŞ Dağlıq Qarabağı müstəqil suveren dövlət kimi tanımır. Bununla əlaqədar olaraq biz 3 may "seçkiləri"nin nəticələrini tanımayacağıq”, - deyə Ceff Ratke xüsusi vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqı və ATƏT-in Minsk Qrupu da Dağlıq Qarabağda keçiriləcək “seçkiləri” tanımayacaqlarını bəyan ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu