Elgiz jurnalistləri toyuna buraxmayacaq


Bir həftədən sonra toyu olacaq tanınmış teleaparıcı Elgiz Əkbər media nümayəndələrini toyuna buraxmayacaq.

Aparıcı anspress-ə açıqlamasında, toyun qapalı şəkildə keçiriləcəyini söyləyib: “Günlərdir jurnalistlər zəng vurub toyda çəkiliş aparmaq istədiklərini bildirirlər. Jurnalistlərin hər birinə böyük hörmətim var, çoxları ilə də dostam. Amma məni üzrlü hesab etsinlər, toyum media üçün təmamilə qapalı şəraitdə keçiriləcək. Qonaqlarımın rahatlığı naminə bu qərarı vermişəm. Dəvət olunanlar arasında tanınmış simalar az deyil, onların mənim məclisimdə sıxılmalarını istəmirəm. Toya gələcək hər kəs mənim əziz qonağımdır, istəmirəm özlərini narahat hiss etsinlər”.

Xatırladaq ki, “Adam içində” verilişinin aparıcısı Elgiz Əkbərin toyu 9 mayda olacaq. Elgiz bəy sevib-seçdiyi Əsmər adlı xanımla ailə həyatı quracaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu