Təhsildə ciddi dəyişiklik


Bəzi məktəblərin yuxarı siniflərində təmayülləşmə tətbiq olunacaq.

Bu ildən ölkənin təhsil sistemində bir sıra yeniliklərə başlanacaq. Belə ki, ilkin mərhələdə bəzi məktəblərin yuxarı siniflərində təmayülləşmənin tətbiqi planlaşdırılır. Təhsil Nazirliyindən bildirlir ki, bu proses sentyabr ayından paytaxtdakı onlarla məktəbdə həyata keçiriləcək. Hazırda Nazirlikdə bu istiqamətdə işlər aparılır, məqsəd istedadlı gənclərə keyfiyyətli təhsil çatdırmaqdır.

Təhsil naziri Mikayıl Cabbarov deyir ki, bu IX və XI sinifləri əhatə edən bir məslədir. Məqsəd isə ondan ibrətdir ki, şagirdlərin əhəmiyyətli hesab etdiyi, maraqlarına, gələcəyinə uyğun fənlər üzrə təmayülləşmə olsun.

Bölgələrdə əmək fəaliyyətini davam etirən gənc mütəxəssislərə güzəştlər olunacaq.

Təhsil naziri bölgələrdə əmək fəaliyyətini davam etirən və yenicə başlayan gənc mütəxəssislərə şamil olunan güzəştlərə də toxundu. Hazırda həmin müəllimlərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması üçün əmək haqqının iki misli həcmində birdəfəlik yardım ödənildiyini deyən nazir bu cür güzəştlərin davamlı olacağını bildirdi.

Mikayıl Cabbarov həmçinin onu da qeyd etdi ki, olunan güzəştlərin müddəti 3-ildən 5 ilə kimi artırılıb. Hazırda bu güzəştlərdən rayon və kəndlərdə fəaliyyət göstərən müəllimlər artıq yararlanır.

Təhsil naziri bir sıra rayon təhsil şöbələrinin müəllim vakansiyalarını gizlətməsi hallarına rast gəldiklərini də bildirdi. Onu da əlavə etdi ki bu barədə müvafiq cəza tədbirləri görüləcək.(ANS)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu