Rauf Mirqədirovun həbs müddəti 4 ay da uzadıldı


Bu gün Bakının Nəsimi Rayon Məhkəməsi dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirovun həbs müddətini 4 ay (sentyabrın 19-na qədər) uzadıb.

Vəkil Fuad Ağayevin "Turan"-a verdiyi məlumata görə, jurnalist məhkəmə iclasında iştirak edib və həbs müddətinin uzadılmasının əsassız, ittihamların absurd olduğunu bildirib. Müdafiə tərəfi məhkəmə qərarından apelyasiya şikayəti verəcək.

Xatırladaq ki, R.Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədən deportasiyadan dərhal sonra Bakıda saxlanılıb. Ona qarşı Ermənistanın xeyrinə casusluq şəklində dövlətə xəyanət ittihamı irəli sürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu